EN

Bayden “seçkidən yalnız Uca Tanrı göydən enib çəkil desə”, geri çəkiləcək

ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkilmək fikrində olmadığını bildirib və bunu " yalnız Uca Tanrı göydən enib bunu desə”, edəcəyini qeyd edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində bildirib.

"Qulaq as. Əgər Uca Allah enib "Co, yarışdan çıx” desəydi, yarışdan çıxardım. Uca Tanrı enməyəcək”, - Bayden deyib.

ABŞ prezidenti eyni zamanda daha 4 il hakimiyyətdə olmaq üçün əqli və fiziki imkanlara malik olduğuna inanır və əlavə edib ki, bu inamı olmasaydı, namizədliyini irəli sürməzdi.
"Bax, mən yenidən namizədliyimi irəli sürürəm, çünki mən bu ölkəni tamamilə yeni səviyyəyə çatdırmaq üçün nə edilməli olduğunu ən yaxşı başa düşürəm. Biz artıq yola çıxmışıq”, - deyə Bayden bildirib.

O, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampla debatın sadəcə "pis epizod” olduğunu bildirib.

Bayden əlavə edib ki, o, ciddi xəstəlik əlaməti göstərməyib, lakin yorğun olub, "hazırlıq etmək üçün instinktlərinə qulaq asmayıb" və gecəni çətin keçirib.

Alpər

Chosen
100
50
qaynarinfo.az

10Sources